Benzema “Top-10”da

Benzema “Top-10”da


“Real”ın futbolçusu Kərim Benzema İspaniya La Liqasının ən yaxşı 10 bombardiri siyahısına daxil olub. Fransalı hücumçu IV turun “Selta” ilə matçında (5:2) het-trikə imza atıb. Kərim bununla da qol sayını 197-yə çatdırıb. O, 195 qola imza atan “Valensiya”nın sabiq oyunçusu Edmundo Suaresi arxada qoyub. La Liqanın ən yaxşı bombardiri isə Lionel Messidir. Argentinalı 474 dəfə fərqlənib.

  1. Lionel Messi – 474
  2. Kriştiano Ronaldo – 311
  3. Telmo Zarra – 251
  4. Huqo Sançes – 234
  5. Raul – 229
  6. Alfredo di Stefano – 227
  7. Sezar Rodriges – 221
  8. Kuini – 219
  9. Pahinyo – 214
  10. Kərim Benzema – 197

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” Azərbaycan derbisində qələbə ilə zirvəyə yüksəldi

Növbəti yazı

Robinsonun yeni klubu