Benzema “Real”dan gedir

Benzema “Real”dan gedir

Kərim Benzema İspaniya “Real”ından ayrıla bilər. Buna səbəb Madrid təmsilçisinin yayda heyətində ciddi islahatlar aparmaq planıdır.

Madrid təmsilçisi hücum xəttinə Erlinq Haland və Kilian Mbappeni almağa hazırlaşır. İki gənc forvardın alınması təcrübəli Benzemanın gedişinə səbəb olacaq. “Liverpul” fransalı forvardı heyətində görməkdə maraqlıdır. Lakin İngiltərə klubu Kərimin yeganə müştərisi deyil. PSJ Mbappenin qışdakı mümkün transferində Benzemanı da danışıqlara daxil etməyi təklif edib. Lakin “Real”ın prezidenti Florentino Peres bununla razılaşmayıb.

ETOPAZ

Əvvəlki yazı

10 ən yaxşı bombardir

Növbəti yazı

“Denver”də yeni müdafiəçi