Benzema Neymara çatdı

Benzema Neymara çatdı

Kərim Benzema Çempionlar Liqasının cari mövsümünün pley-offundakı qol sayını 7-yə çatdırıb. Fransalı hücumçu “Real”ın “Çelsi” ilə ev oyununda (2:3) fərqlənib.

Bunadək 1/8 finalda PSJ, 1/4 finalın ilk oyununda “Çelsi”yə qarşı matçlarda het-trik müəllifi olan Kərim bir mövsümdə pley-offda ən çox qol vuranların siyahısında irəliləyib. O, eyni göstəriciyə malik Neymara çatıb.

Benzema yalnız Kriştiano Ronaldo və Lionel Messidən geri qalır. Argentinalı 8, portuqaliyalı 10 dəfə fərqlənib. Kərimin üç qol geri qaldığı bu rekord 2017-ci ildə qeydə alınıb.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya” yenə 1/4 finalda qaldı

Növbəti yazı

“Bavariya” 3 il sonra ilk dəfə