Benzema 4-cü oldu

Benzema 4-cü oldu

Kərim Benzema Çempionlar Liqasında ardıcıl ikinci matçda het-trik edib. “Real”ın hücumçusu turnirin 1/4 final mərhələsinin ilk oyununda “Çelsi”yə (3:1) üç qol vurub. Fransız futbolçu 21, 24 və 46-cı dəqiqələrdə fərqlənib.

O, turnirdə ardıcıl iki matçda 3 qol vuran 4-cü oyunçu adına yiyələnib. Daha əvvəl 2014-cü ildə Luis Adriano, 2016-cı ildə Lionel Messi, 2017-ci ildə isə Kriştiano Ronaldo buna müvəffəq olub.

Həmçinin, Kərim Çempionlar Liqasında “Çelsi”yə qarşı het-trik edən ilk futbolçu olub.

ETOPAZ

Əvvəlki yazı

“Dallas”dan 50-ci qələbə

Növbəti yazı

Alaba Avstriya tarixinə düşdü