Benitesə görə Premyer Liqadan gedir

Benitesə görə Premyer Liqadan gedir

Kolumbiya millisinin futbolçusu Hames Rodriges İngiltərə “Everton”undan ayrılacaq. Buna səbəb yarımmüdafiəçi ilə baş məşqçi Rafael Benites arasında problemin yaranmasıdır.

İspaniyalı mütəxəssis bu üzdən Hamesə şans vermir. Cari mövsüm Premyer Liqada meydana çıxmayan cənubi amerikalı klubunu dəyişməyə məcburdur.

Hames aldığı təkliflərdən birini dəyərləndirmək niyyətindədir. O, Premyer Liqadan Qətər klubuna keçmək variantına üstünlük verir.

Xatırladaq ki, Hames 2020-ci ildə “Real”dan “Everton”a keçib.

ETOPAZ

Əvvəlki yazı

“Böyük beşlik”də 800-cü oyun

Növbəti yazı

“Lans”a iki, “Lill”ə bir oyunluq cəza