Benitesin hədəfindəki “Real”lılar

Benitesin hədəfindəki “Real”lılar

İngiltərənin “Everton” klubu qış fasiləsində heyətinə iki futbolçu qatmağı planlaşdırır. Premyer Liqa klubu İspaniya “Real”ının üzvləri İsko və Luka Yoviçi icarəyə götürmək niyyətindədir.

Baş məşqçi Rafael Benites bu oyunçuların komandanı gücləndirəcəyini düşünür. Onun klub rəhbərliyinə müraciətindən sonra liverpullular “Real”la danışıqlara başlamağa hazırlaşır.

Xatırladaq, ötən mövsümdə İsko “Real”da 29, Luka icarədə olduğu “Ayntraxt”da 18 oyun keçirib. Yoviçin hesabında 4 qol da var.

ETOPAZ

Əvvəlki yazı

Eşli Bartidən imtina

Növbəti yazı

İki oyunun yeri dəyişdirildi