“Benfika”nın oyunu yarımçıq dayandırıldı
Portuqaliya çempionatının XII turunun “Belenenseş” və “Benfika” arasında oyunu yarımçıq dayandırılıb. Koronavirus pandemiyası üzündən “Belenenseş” meydana cəmi 9 futbolçu ilə çıxıb. Birinci hissədə 7 qol buraxan komanda fasilədən sonra oyunu davam etdirmək istəməyib.
İkinci hissə 20 dəqiqə gec başlasa da, futbolçulardan yalnız 7-si meydana çıxıb. Bu oyunçulardan da biri iki dəqiqədən sonra zədə üzündən matçı davam etdirə bilməyib. “Belenenseş” 6 futbolçu ilə qaldığı üçün hakim görüşü dayandırmalı olub.
Qeyd edək ki, meydanda hər komandadan ən azı 7 futbolçu olmalıdır.