Bençiçdən asan qələbə

Bençiçdən asan qələbə

Olimpiya çempionu Belinda Bençiç Lüksemburqda keçirilən WTA-250 turnirində 1/4 finala yüksəlib. İsveçrəli tennisçi 1/8 finalda Zarina Diasla görüşüb. Bençiç qazaxıstanlı rəqibini 1 saat 2 dəqiqə davam edən matçda məğlubiyyətə uğradıb – 6:1, 6:3.

Turnirin digər favoritləri də 1/8 final səddini adlayıb. Alyona Ostapenko Arian Hartono üzərində qələbə qazanıb – 6:2, 4:6, 6:1.

Alize Korne də 1/4 finala yüksəlib. O, Mendi Minellanı iki setdə üstələyib – 6:3, 6:3.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”nın büdcəsi təsdiqləndi

Növbəti yazı

Dani Alvesin müqaviləsinə xitam verildi