Bellinqem üçün təhlükə
“Real”ın futbolçusu Cud Bellinqem iki həftə yaşıl meydanlardan kənar qala bilər. Çiynindən xəsarət alan yarımmüdafiəçi millinin noyabr görüşlərini buraxmaq təhlükəsi ilə üzləşib.
İngiltərə yığması AVRO-2024-də iki matç keçirəcək. Bellinqemin komandası Malta və Şimali Makedoniya ilə üzləşəcək.
Bu oyunlar noyabrın 17-də və 21-də baş tutacaq.