Mannarinodan 5-ci titul
Sofiyada keçirilən ATP-250 kateqoriyalı turnir başa çatıb. Fransalı Adrian Mannarino yarışın qalibi olub.
O, həlledici görüşdə Cek Dreyperi məğlub edib – 7:6 (8:6), 2:6, 6:3.
Bu dünyanın 25-ci raketkasının 5-ci tutuludur. O, cari mövsümdə üçüncü dəfə çempionluq yaşayıb. Mannarino daha əvvəl Astana və Nyuportda da uğura sevinib. Fransalı Sofiyada 85 min 605 avro qazanıb