Belçika uduzdu, Mərakeşdən sensasiya

Belçika uduzdu, Mərakeşdən sensasiya

Qətərdə keçirilən DÇ-2022-də daha bir sensasiya qeydə alınıb. Çempionatın 8-ci oyun gününün ikinci matçında Belçika və Mərakeş qarşılaşıb.

Bu qarşılaşma F qrupunda II tur çərçivəsində baş tutub. Son mundialın bürünc mükafatçısı bu görüşün favoriti olsa da, qələbəni afrikalılar qazanıb.

Abdelhamid Sabirinin 73-cü dəqiqədə vurduğu top mərakeşliləri hesabda önə çıxarıb. Bu, DÇ-2022-də cərimə zərbəsindən vurulan ilk qol olub. Həm də Mərakeş millisi tarixində ilk dəfə mundialda cərimə zərbəsindən fərqlənib. Uzatma dəqiqələrində Zakaria Aboukhlal komandasının ikinci qoluna imza atıb. Afrika təmsilçisi Qətrədə ilk qələbəsini iki cavabsız qolla qazanıb – 2:0.

Bu qələbədən sonra Mərakeş F qrupunun lideri olub. Afrikalıların 4 xalı var. Belçikanın 3, Xorvatiyanın 1 xalı varsa, Kanada xal qazanmayıb.

Qeyd edək ki, qrupda turun digər görüşündə Xorvatiya ilə Kanada görüşəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqa klubunda təyinat

Növbəti yazı

“Mançester Yunayted”in Pulişiçlə bağlı planı