Belçika kubokunun sahibi bəlli oldu
Belçika kubokunun qalibi müəyyənləşib. “Yunion Sent” 110 ildən sonra titulun sahibi olub.
Komanda finalda “Antverpen”i məğlub edib. Brüsselin “Boduen” stadionunda keçirilən qarşılaşmada 1 qol vurulub. Koki Maçeda “Yunion Sent”ə kuboku qazandıran topun müəllifi olub.
Qeyd edək ki, “Yunion Sent” tarixində 3-cü dəfə ölkə kubokuna sahib çıxıb. Brüssellilər 1913-cü və 1914-cü illərdə titula yiyələniblər. “Brügge” 11 uğurla rekordçudur.