Bayılda məhsuldar heç-heçə
Azərbaycan Premyer Liqasında 30-cu tur davam edir. Bu gün daha bir qarşılaşma baş tutub.
“Səbail” “Kəpəz”i qəbul edib. Görüş qonaqların üstünlüyü ilə başlayıb. Gəncəlilər Elmir Tağıyevlə hesabı açıb. Çox keçmədən “sarı-göylər” Latir Falla fərqi iki topa çatdırıb. Meydan sahibləri isə ikinci hissədə özünə gəlib. Öncə Pedro Nuno fərqlənib. Ardından Aleksandr Ramalinqom hesabı bərabərləşdirib. “Dənizçilər” Rüfət Abdullazadə ilə önə keçməyi də bacarıb. Matçın son dəqiqələrində qonaqlar hesabı bərabərləşdirib. Mate Kvirkviya adını tabloya yazdırıb – 3:3.
Qeyd edək ki, tura “Sabah” – “Qarabağ” matçı ilə yekun vurulacaq.