“Bayer”in futbolçusu “Real” yolunda
Aleks Qrimaldo “Real”ın transfer siyahısına düşüb. “Barselona”nın yetirməsi “Bayer”də göstərdiyi oyunla madridlilərin diqqət mərkəzinə düşüb.
“Kral klubu”nun rəhbərliyi 28 yaşlı müdafiəçi üçün təklif göndərməyi planlaşdırır. O, bu ilin yayında Almaniya klubuna keçib.
Qeyd edək ki, Qrimaldo “Bayer” – “Qarabağ” görüşündə (5:1) dubla imza atıb.