“Bavariya”nın uğursuz seriyası davam edir

“Bavariya”nın uğursuz seriyası davam edir

“Bavariya”nın Çempionlar Liqasında 1/4 final uğursuzluğu davam edir. Almaniya klubu üç ildir bu mərhələdə qələbə qazanmır.

Münhenlilər cari mövsümün 1/4 final raundunun ilk oyununda “Arsenal”la məhsuldar heç-heçə ediblər – 2:2. Əvvəlki üç cəhd də qələbəsiz bitib. 2020/21 mövsümündə “Bavariya” üçün PSJ səddi keçilməz olub – 2:3, 0:1. Bir il sonra almaniyalıların yolunu “Vilyarreal” kəsib – 0:1, 1:1. “Mançester Siti” ilə ötənilki oyunlar da (0:3, 1:1) uğursuz alınıb.

ETOPAZ

Əvvəlki yazı

Benzia ikinci oldu

Növbəti yazı

“Fənərbaxça”da ciddi itkilər