“Bavariya”nın seriyası başa çatdı

“Bavariya”nın seriyası başa çatdı

Almaniya Bundesliqasında 27-ci turun matçları keçirilir. Dünən “Bavariya” – “Borussiya” ilə qarşılaşıb.

Görüş dortmundluların 2:0 hesablı qələbəsi ilə nəticələnib. Bununla da, münhenlilərin seriyası başa çatıb. Belə ki, komanda 2019-cu ildən bəri ilk dəfə “sarı-qaralar”a uduzub.

Həmçinin, “Bavariya”nın daha bir seriyası bu matçla sona yetib. Belə ki, “Borussiya” Münhendə son qələbəsini 2014-cü ildə qazanmışdı – 3:0.

ETOPAZ

Əvvəlki yazı

Hummels rekordçu oldu

Növbəti yazı

Ramos “Sevilya”da qalacaq