“Bavariya”dan Qnabriyə son təklif
“Bavariya” futbolçusu Serj Qnabri ilə müqaviləni uzatmaq niyyətindədir. Almaniya klubu 26 yaşlı vingerə yeni anlaşma təklif edib.
Münhenlilər ona ildə 17-19 milyon avro ödəməyə hazırdır. Bu, “Bavariya” rəhbərliyinin son təklifidir.
Klub rəhbərliyi Qnabriyə bundan artıq maaş vermək fikrində deyil.
Əgər Serj bu şərtlərlə razılaşmasa, menhenlilər onu satacaq. Müqaviləsi 2023-cü ilin yayında başa çatacaq oyunçunu bir il sonra pulsuz itirməmək üçün belə addım atılacaq.