“Bavariya”dan Noyer qərarı

“Bavariya”dan Noyer qərarı

“Bavariya”nın qapıçısı Manuel Noyerin taleyinə aydınlıq gəlib. Qolkiper komandada qalmağa qərar verib.

Klub onunla sözləşməni 2 il müddətinə uzadacaq. 36 yaşlı futbolçu 2025-ci ilin yayına qədər münhenlilərin formasını geyinəcək. Onun hazırkı anlaşması gələn ilin yayına kimidir.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. O, Bundesliqada keçirdiyi 463 oyunda 378 qol buraxıb.

ETOPAZ

Əvvəlki yazı

Messi PSJ-də qalacaq

Növbəti yazı

Moreno zədələndi