“Bavariya”dan Keynə mükafat
“Bavariya” futbolçusu Harri Keynə mükafat verəcək. Buna səbəb onun məhsuldarlığıdır.
Almaniya klubu hücumçusuna 250 min avro ödəyəcək. Buna münhenlilərlə forvard arasındakı müqaviləsinin şərti səbəb olub. Belə ki, Keynin mövsüm ərzində 40 qol vurması üçün 250 min mükafat nəzərdə tutulub. Keyn mövsümün 41 matçında 40 dəfə fərqlənib.