Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
“Bavariya”dan hücumçu planı
“Bavariya” heyətinə yeni hücumçu qatmağı planlaşdırır. Almaniya klubu Coşua Zirkzeeni geri qaytarmağa qərar verib.
“Bolonya”da çıxış edən 22 yaşlı hücumçu komandasının bombardiridir. “Bavariya” onu İtaliya klubuna satarkən müqavilədə sonradan geri alınması ilə bənd yer alıb. Münhenlilər Coşuanı 22 milyon avroya transfer etmək hüququna malikdir.
Zirkzee “Yuventus”, “Milan” və “Napoli”nin də maraq dairəsindədir. “Bolonya” onu 2022-ci ilin yayında 8,5 milyon avroya alıb.