“Bavariya”dan 50 milyonluq transfer

“Bavariya”dan 50 milyonluq transfer

Rafinya Dias qış transfer pəncərəsində “Lids”i tərk edəcək. Braziliyalı yarımmüdafiəçi “Bavariya”ya keçəcək.

Almaniya klubu futbolçu üçün 50 milyon avro ödəyəcək. Bu vəsaitin 1,5 milyonu Braziliya təmsilçisi “Avai”yə çatacaq. Rafinyanı yetişdirən klub bu məbləği artıq öz büdcəsində də nəzərə alıb.

25 yaşlı futbolçu cari mövsümün 16 oyununda 8 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Oturu “Toronto”da

Növbəti yazı

Raoniç “Australian Open”dən kənar qaldı