“Bavariya”da yeni müqavilə

“Bavariya”da yeni müqavilə

“Bavariya” heyətinə yeni futbolçu qatıb. Bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

Münhen təmsilçisi Rayan Qravenberhı transfer edib. “Ayaks”dan keçən 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, 2027-ci ilə qədər “Bavariya” forması geyinəcək.

Qeyd edək ki, Qravenberh Niderland çempionatının son mövsümündə 30 oyunda 2 qol vurub. 

ETOPAZ

Əvvəlki yazı

Millinin qapıçısına 18 aylıq cəza

Növbəti yazı

Avstraliya DÇ-2022-də