“Bavariya”da yeni müqavilə

“Bavariya”da yeni müqavilə

“Bavariya” qapıçısı Manuel Noyerlə müqaviləni uzadıb. Bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

Yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub. 36 yaşlı əlcək sahibi 2011-ci ildən “Bavariya”da çıxış edir. O, 2017-ci ildən Münhen təmsilçisinin kapitanıdır. Noyer başa çatan mövsümün 38 oyununda 36 top buraxıb.

ETOPAZ

Əvvəlki yazı

Medvedev fərqi azaltdı, Cokoviç liderliyini qoruyur

Növbəti yazı

Azərbaycan millisində 15 futbolçu