“Bavariya”da itki
“Bavariya”nın futbolçusu Serj Qnabrinin durumuna aydınlıq gəlib. Hücumçu zədə üzündən 2-3 ay meydanlardan kənar qalacaq.
Serj “Ayntraxt”la matçda (1:5) xəsarət alıb. O, 66-cı dəqiqədə meydana daxil olsa da, cəmi iki dəqiqə sonra toqquşmada xəsarət alıb.
Qeyd edək ki, 28 yaşlı forvard 2017-ci ildən Münhen klubunda forma geyinir.