“Bavariya” üçün 70 milyonluq futbolçu

“Bavariya” üçün 70 milyonluq futbolçu

“Bavariya” Florian Virtsin transferi ilə bağlı danışıqlara başlayıb. Münhen təmsilçisi “Bayer”in şərəfini qoruyan istedadı ələ keçirmək üçün onun ailəsi ilə qeyri-rəsmi görüşüb.

Lakin 18 yaşlı yarımmüdafiəçinin keçidi üçün “Bayer”lə razılıq əldə olunmalıdır. Florianın Leverkuzen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Virtsin indiki klubu onun üçün 70 milyon avro tələb edir. Cari mövsümdə 18 oyuna çıxan Florian 5 qol və 9 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”in namizədləri

Növbəti yazı

“Lill”in müdafiəçisi “Atletiko”da