“Bavariya” qapıçı axtarışlarını davam etdirir

“Bavariya” qapıçı axtarışlarını davam etdirir

“Bavariya” qapıçı axtarışını davam etdirir. Almaniya klubu ayağı sındığı üçün mövsümü bitirən Manuel Noyeri əvəzləməyək üçün qolkiper transfer etməyə qərar verib.

Münhenlilər 4 qapıçının namizədliyi üzərində dayanıb. PSJ-dən Keylor Navas, Mönhenqladbax “Borussiya”sından Yan Zommer, Zaqreb “Dinamo”sundan Dominik Livakoviçin transferi gündəmdədir. “Monako”da icarədə olan Aleksandr Nyubelin qaytarılması variantı da nəzərdən keçirilir.

Qeyd edək ki, “Bavariya” “Aston Villa”nın qapıçısı Emiliano Martineslə də maraqlanıb.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”nin Qətər tapıntıları 

Növbəti yazı

“Sevilya”da ayrılıq