“Bavariya” onu komandada saxlamaq istəyir
“Bavariya” daha bir futbolçusunu komandada saxlamaq istəyir. Klub müdafiəçi Luka Ernandeslə müqaviləni uzada bilər.
Münhen təmsilçisinin rəhbərliyi 26 yaşlı fransalıya 2027-ci ilə qədər yeni sözləşmə təklif edib. Tərəflər anlaşma bağlamaq üçün danışıqlara başlayıb.