“Bavariya” hücumçu tapdı
“Bavariya” komandadan getmək istəyən Robert Levandovskiyə əvəzləyici tapıb. Almaniya klubu Conatan Davidi transfer etmək istəyir.
“Lill”in ən yaxşı bombardiri Münhen klubuna keçməyə əsas namizəddir. “Bavariya” rəhbərliyi “Ştutqart”dan Saşa Kaladjiçi də nəzərdən keçirir.
Qeyd edək ki, David Liqa1-in son mövsümündə 38 oyunda 15 qol vurub.