“Bavariya” “Everton”la danışıqlara başladı

“Bavariya” “Everton”la danışıqlara başladı

“Bavariya” Robert Levandovskiyə əvəzləyici axtarışına başlayıb. Almaniya klubu hücumçu mövqeyinə Rişarilsonun transferini nəzərdən keçirir.

Münhen təmsilçisi “Everton”da çıxış edən braziliyalıya Levandovskinin potensial əvəzləyici gözü ilə baxır. Rişarilsonun transferi ilə bağlı danışıqlara da start verilib. 25 yaşlı braziliyalı cari mövsümün 29 oyununda 9 qol və 5 assist müəllifi olub. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Real” qapıçı axtarır

Növbəti yazı

İbrahimoviçin iki variantı