“Bavariya” dayandı, “River Pleyt”in rekordu əlçatmaz qaldı
“Bavariya”nın qol seriyası qırılıb. Son 84 oyunda meydanı qolsuz tərk etməyən Almaniya klubu Mönhenqladbax “Borussiya”sı ilə kubok matçında (0:5) rəqib qapısına yol tapmayıb.
2020-ci ilin fevralında “Leypsiq”lə çempionat oyununda qol vurmayan münhenlilər sonra bütün turnirlərdə üst-üstə 84 matçda ən azı 1 dəfə fərqlənmişdi. “River Pleyt”ə məxsus dünya rekorduna yaxınlaşan “Bavariya” uğurunu davam etdirə bilməyib. Argentina təmsilçisi ardıcıl 96 qarşılaşmada qol vurub. Bu seriya 1936-39-cu illəri əhatə edib.