“Bavariya” Alaba məsələsində “Real”a kömək təklif etdi

“Bavariya” Alaba məsələsində “Real”a kömək təklif etdi

“Bavariya” rəhbərliyi “Real”a öz köməyini təklif edib. Münhen klubunun fəxri prezidenti Uli Höness bildirib ki, onlar ispanlara müdafiəçi David Alaba üçün həkim tapmaqda kömək edəcək.

31 yaşlı avstriyalı La Liqanın 17-ci turunda “Vilyarreal”la oyunda (4:1) zədələnib. Alabaya sol dizində çarpaz bağın yırtılması diaqnozu qoyulub. Höness İnsbrukda çox güvəndikləri bir həkimi qarşı tərəfə tövsiyə etdiklərini bildirib.

Qeyd edək ki, fəxri prezidentin dediyi həkimin əvvəllər Manuel Noyer və Leroy Sanenin dizindən əməliyyat edən avstriyalı Kristian Fink olduğu iddia olunur.

ETOPAZ

Əvvəlki yazı

“Leypsiq” Sançonu istəyir

Növbəti yazı

Müller “Bavariya” ilə müqaviləsini yenilədi