“Bavariya” 22 aydan sonra evdə uduzdu
“Bavariya”nın uğurlu seriyası qırılıb. Münhen təmsilçisi Almaniya Bundesliqasının VII turunda “Ayntraxt”a 1:2 hesabı ilə uduzub.
Çempion həm yeni mövsümdə ilk yenilgisini alıb, həm də 22 aydan sonra ilk dəfə öz meydanında uduzub. Komanda sonuncu dəfə 2019-cu il noyabrın 30-da doğma azarkeşləri önündə məğlub olmuşdu.
Xatırladaq ki, “Bavariya” 16 xalla Bundesliqada liderliyini davam etdirir.