Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Baumqartnerdən rekord
Kristof Baumqartner milli komandalar tarixinə düşüb. O, ən erkən qolun müəllifi olub.
Avstriyalı Slovakiya ilə yoldaşlıq oyununun 6-cı saniyəsində fərqlənib. Bratislavada keçirilən qarşılaşma 2:0 hesabı ilə yekunlaşıb.
Bundan əvvəlki rekord almaniyalı hücumçu Lukaş Podolskiyə məxsus olub. O, 2013-cü ildə Ekvadorla görüşün 7-ci saniyəsində rəqibi məyus edib.