Batlend “Mançester Yunayted”in hədəfində
“Mançester Yunayted”in almaq istədiyi qapıçı bəlli olub. İngiltərə klubu Cek Batlendi heyətinə qatmaq istəyir.
“Kristal Pelas”ın qolkiperinin keçidi ilə bağlı danışıqlara start verilib. Mançesterlilər 29 yaşlı əlcək sahibini ehtiyat qapıçı kimi heyətinə qatacaq. O, icarəsi bitdikdən sonra “Nyukasl”a qayıdan Martin Dubravkanın yerini doldurmalıdır.
Qeyd edək ki, Batlendin klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.