Basketbol millimiz Paris-2024-də

Basketbol millimiz Paris-2024-də

Azərbaycanın basketbolun 3×3 növü üzrə qadın yığması tarixi uğura imza atıb. Komandamız Honkonqda təşkil olunan Olimpiya Təsnifat Turnirindəki Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Komandamız bu gün öncə yarımfinalda Macarıstanla qarşılaşıb. B qrupunda 2-ci yeri tutan Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Mersedes Uolkerdən ibarət yığmamız finala gedən yolda rəqibini 21:19 hesabı ilə məğlub edib.

Basketbolçularımız finalda Polşa yığması ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 16:16 hesabı ilə yekunlaşsa da, yığmamız əlavə vaxtda 18:17 hesabı ilə qalib gələrək, Paris Olimpiadasına vəsiqəni rəsmiləşdirib.

Bununla da Azərbaycan Oyunlarda həm basketbolçular, həm də komanda yarışında ilk dəfə təmsil olunacaq.

Qeyd edək ki, yığmamız qrupda Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15.

ETOPAZ

Əvvəlki yazı

“Beşiktaş” Santoşla yollarını ayırdı

Növbəti yazı

Haalanddan daha bir göstərici