Barti zirvədə, altı tennisçidən ilk
Qadın tennisçilərin reytinq siyahısı açıqlanıb. İlin yekun cədvəlinin ilk 10 pilləsində bəzi dəyişikliklər olub.
Eşli Barti isə 1-ci pillədəki yerini qoruyub. Avstraliyalı ardıcıl 3 dəfə ili zirvədə bitirən beşinci qadın tennisçidir.
Ümumilikdə isə 6 tennisçi karyerasında ilk dəfə mövsümü “Top-10”da başa vurub. Bunlar cədvəldə 5-10-cu yerlərdə qərarlaşan tennisçilərdir.
WTA-nın 2021-ci il üçün yekun reytinqi
1 (1). Eşli Barti (Avstraliya) – 7582
2 (2). Arina Sobolenko (Belarus) – 6380
3 (5). Qarbinye Muqurusa (İspaniya) – 5685
4 (4). Karolina Plişkova (Çexiya) – 5135
5 (3). Barbora Kreyçikova (Çexiya) – 5008
6 (6). Mariya Sakkari (Yunanıstan) – 4385
7 (8). Anett Kontaveyt (Estoniya) – 4351
8 (10). Paula Badosa (İspaniya) – 3849
9 (9). İqa Şventek (Polşa) – 3786
10 (7). Ons Jaber (Tunis) – 3455