Barti üçün iki təhlükə: Sobolenko və Kreyçikova

Barti üçün iki təhlükə: Sobolenko və Kreyçikova

Qadın tennisçilər arasında dünya reytinqində lider dəyişə bilər. WTA turunun birinci pilləsində qərarlaşan Eşli Bartinin mövqeyinə “Australian Open” təsir edəcək.

Avstraliyalı tennisçini iki izləyicisinin keçməsi mümkündür. Bunlar Arina Sobolenko və Barbora Kreyçikovadır.

Arina bunun üçün ən azı finala çıxmalıdır. O, Eşlinin mübarizəni erkən dayandırmasına da ümid etməlidir. Əgər avstraliyalı 1/4 və ya 1/2 finala qədər irəliləsə, Sobolenko mütləq çempion olmalıdır. Barti finala çıxsa, mövqeyini qoruyacaq.

Kreyçikovaya da finala vəsiqə yetərli ola bilər. Amma Barti cəmi iki mərhələ adlasa və ya Sobolenko finala çıxsa, Barbora mütləq titul əldə etməlidir ki, birinci yerə yüksəlsin. Avstraliyalı yarımfinala yüksəlsə, Barbora üçün əlçatmaz olacaq.

ETOPAZ

Əvvəlki yazı

Ramosdan ilk

Növbəti yazı

“Bavariya”dan qol rekordu