Bartezin rekordu qırıldı
Olivye Jiru Fransa millisinin tarixinə düşüb. O, “üçrənglilər”in dünya çempionatında meydana çıxan ən yaşlı futbolçusu olub.
Hücumçu DÇ-2022-nin I turunun Avstraliya ilə görüşünə 36 yaş 53 günlüyündə çıxıb. O, Fabyen Bartezin rekordunu qırıb. Sabiq qapıçı DÇ-2006-da 35 yaş 11 günlüyündə şans qazanıb.
Bartezi təkcə Jiru deyil, Uqo Loris də keçib. Qolkiper 35 yaş 331 günlüyündə Avstraliyaya qarşı forma geyinir.