“Barselona”nın seriyası qırıldı

“Barselona”nın seriyası qırıldı

“Barselona”nın məğlubiyyətsizlik seriyası qırılıb. Ardıcıl 15 oyunda uduzmayan İspaniya klubu Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşündə məğlub olub.

Xavinin yetirmələri evdə “Ayntraxt”a 2:3 hesabı ilə yenilib. Barselonanın eyniadlı təmsilçisi sonuncu dəfə yanvarın 20-də uduzmuşdu. İspaniya kubokunun “Atletik”lə görüşündə də eyni hesab qeydə alınmışdı – 2:3. Sonrakı 15 matçda 11 qələbə qazanan komanda 4 heç-heçə edib.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında yarımfinal cütləri

Növbəti yazı

12 klub, 7 ölkə