“Kadiz”dən ilk, “Barselona”nın seriyası qırıldı

“Kadiz”dən ilk, “Barselona”nın seriyası qırıldı

“Barselona”nın uğurlu seriyası qırılıb. Komanda La Liqada son ​​16 matçda ilk dəfə məğlub olub.

Katalonlar La Liqanın 32-ci turunda “Kadiz”ə (0:1) uduzub. Xavinin yetirmələri sonuncu dəfə 4 dekabrda məğlubiyyətlə üzləşmişdi. Komanda o zaman “Betis”dən (0:1) zəif olmuşdu.

Həmçinin, “Kadiz” tarixində ilk dəfə “Barselona”nı “Nou Kamp”da məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Buskets İnyestaya çatdı

Növbəti yazı

Joao Feliks mövsümü bitirdi