“Barselona”nın istəyi baş tutmadı

“Barselona”nın istəyi baş tutmadı

“Barselona”nın Alberto Moleyronu transfer etmək istəyi baş tutmayıb. Bunu 19 yaşlı futbolçunun çıxış etdiyi “Las-Palmas”ın prezidenti Migel Anxel Ramires açıqlayıb.

O bildirib ki, Kataloniya klubu danışıqları dayandırıb. Belə ki, futbolçunun müqaviləsində onun sərbəstqalma məbləği 30 milyon avrodur. Komanda La Liqaya yüksəlsə, bu rəqəm ikiqat artacaq. Bu məqam da “Barselona”nın fikrindən daşındırıb.

Qeyd edək ki, Moleyro Sequndanın 29 oyununda 8 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Lion”un futbolçusuna 4 elçi

Növbəti yazı

“Sumqayıt”dan çətin qələbə