“Barselona”nın Haland planı

“Barselona”nın Haland planı

“Barselona” Erlinq Halandı heyətinə qatmağı planlaşdırır. Klub rəhbərliyi “Maneçster Siti”nin 23 yaşlı futbolçusunu ələ keçirmək variantlarını nəzərdən keçirir.

İspaniya nəhəngi norveçlini 2025-ci ilin yayında transfer etmək fikrindədir. Barselonalılar bunu Kilian Mbappenin “Real”a transferinə cavab kimi görür.

Qeyd edək ki, Haland cari mövsümün 34 oyununda 29 qol vurub. Onun müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Çerçesov millimizə namizəd oldu

Növbəti yazı

Di Mariya təhdid edilir