“Barselona”nın büdcəsi təsdiqləndi
İspaniyanın “Barselona” klubunun 2021/22 mövsümü üçün büdcəsi dəqiqləşib. Bu, direktorlar şurasının iclasındakı müzakirələrdən sonra gerçəkləşib.
Yığıncaqda 2020/21 mövsümünün maliyyə hesabatı dinlənilib. Həmçinin cari mövsümün büdcəsi təsdiqlənib.
Ötən mövsüm 481 milyon avro zərərlə yekunlaşıb. 2021/22-ci illər mövsümü üçün büdcə 765 milyon avro təşkil edib.