“Barselona”nın 30 milyon avrosu

“Barselona”nın 30 milyon avrosu

Çempionlar Liqası ilə qrup mərhələsində vidalaşması “Barselona”ya dəyən ziyan bəlli olub. Maliyyə çətinlikləri yaşayan İspaniya nəhənginin büdcəsinə növbəti zərbə dəyib.

Klub rəhbərliyi büdcəni planlaşdırarkən Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanacağını nəzərdə tutub. Turnirlə vidalaşmaq isə təxminən 30 milyon avro ziyanla nəticələnib.

Barselonalılar 1/8 finala düşmək üçün 9,6, 1/4 finala vəsiqə üçün 10,6 milyon mükafat almağı nəzərdə tutub. Bundan əlavə, sponsorlar və teleyayım hesabına bu rəqəm 30 milyona çata bilərdi. Bu itkilərin bir hissəsini kompensasiya olunması üçün Xavinin yetirmələri Avropa Liqasında finala yüksəlməlidir.

Qeyd edək ki, Avropa Liqasının 1/16 finalına vəsiqə 500 min, 1/8 finala yüksəlmək 1,8 milyon gətirir. Çempionlar Liqasında qalib 20, finalçı 15,5 milyon qazanırsa, Avropa Liqasında bu rəqəmlər 8,6 və 4,6 milyondur.

ETOPAZ

Əvvəlki yazı

Dağıdıcı

Növbəti yazı

“Yuta” NBA-da ilkə imza atdı