“Barselona”dan Dembeleyə təzyiq
“Barselona” futbolçusu Usman Dembele ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır. Klub rəhbərliyi yarımmüdafiəçi ilə anlaşa biləcəyinə inanır. Lakin ortaq məxrəcə gəlinməsə, fransalıya sərt sanksiyalar tətbiq ediləcək.
İspaniya klubu Dembeleni əsas komandadan kənarlaşdıra bilər. Bir müddət əvvəl müqaviləni uzatmaqdan boyun qaçıran İlayş Moriba də eyni rəftarla üzləşmişdi. La Liqa təmsilçisi indi də Usmana eyni təzyiqi göstərmək fikrindədir.