“Barselona”dan Avropa rekordu

“Barselona”dan Avropa rekordu

“Barselona” Avropanın top liqalarının rekorduna imza atıb. İspaniya klubu mövsümün ilk 30 turunda buraxılan qol sayında 7 aparıcı liqanın ən yaxşı nəticəsinə müəyyənləşdirib.

Xavinin komandası 30-cu turda “Atletiko”ya 1:0 hesabı ilə qalib gəlib. Bu, mövsümdə 23-cü quru matç olub.

30 görüşdə kataloniyalılar cəmi 9 top buraxıb. Avropanın “Top-7” çempionatlarında belə nəticə qeydə alınmayıb.

Bunadək rekord “Porto”ya məxsus idi. Portuqaliya təmsilçisi 1991/92 mövsümündə 30 oyuna 10 qol buraxıb. 2004/05 mövsümündə “Çelsi” İngiltərədə bunu təkrarlayıb.

Qeyd edək ki, “Top-7”yə İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Niderland və Portuqaliya liqaları daxildir.

ETOPAZ

Əvvəlki yazı

PSJ üçün 60 milyonluq hücumçu

Növbəti yazı

Liderlər dəyişməz qaldı