“Barselona”da yeni müqavilə
“Barselona”nın müdafiəçisi Markos Alonsonu komandada saxlamaq niyyətindədir. Klub onunla müqaviləni uzatmağa yaxındır.
Komandanın baş məşqçisi Xavi sözləşmənin uzadılacağını təsdiqləyib. O, sol cinahdakı oyunçunun universallığını və liderlik keyfiyyətlərini yüksək qiymətləndirir. Müqavilə fevralda imzalanacaq. Markos özü iki illik anlaşma imzalamaq istəyir, lakin klub 1+1 müqaviləsi üzərində düşünür.