“Barselona”da itkilər

“Barselona”da itkilər

“Barselona” Avropa Liqasının 1/8 final mərhələsinin “Qalatasaray”la görüşündə ciddi itkilər verib. Kataloniya klubunun futbolçuları Serjino Dest və Jerar Pike zədələnib.

21 yaşlı sağ cinah müdafiəçisi görüşün 56-cı dəqiqəsində əvəzlənib. O, budunun arxa əzələlərindən zədələnib. Destin bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı və “El-Klassiko”da iştirak etməyəcəyi bildirilib. 

Pike isə 81-ci dəqiqədə əzələsində narahatlıq hiss etdiyindən meydanı tərk edib. Hazırda onun “Real”la matçda iştirakı sual altındadır.

Qeyd edək ki, “Real” – “Barselona” görüşü martın 20-də keçiriləcək. 

ETOPAZ

Əvvəlki yazı

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər

Növbəti yazı

Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər