“Barselona”da itki
“Barselona”da ciddi itki baş verib. Komandanın hücumçusu Osman Dembele Avropa Liqasının pley-off mərhələsinin “Mançester Yunayted”lə hər iki matçını buraxa bilər.
Fransalı futbolçu La Liqanın 19-cu turunun “Jirona” ilə görüşündə zədələnib. O, dərhal tibbi müayinəyə gedib və axşam saatlarında bud əzələsinin zədələnməsi ilə bağlı məlumat təsdiqlənib.
“Marca”nın məlumatına görə, Dembele ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Ümumilikdə o, təxminən beş matçı buraxacaq.