“Barselona”da ciddi itki

“Barselona”da ciddi itki

“Barselona” ciddi itki ilə üzləşib. Kataloniya klubunun müdafiəçisi Jerar Pike zədələnib.

Təcrübəli futbolçu Avropa Liqasının “Ayntraxt”la qarşılaşmasında xəsarət alıb. Sürüşərək yıxılan müdafiəçi qasıq nahiyəsində ağrılar hiss edib. O, bu üzdən matçı davam etdirə bilməyib. Pike 23-cü dəqiqədə Kleman Lanqle ilə əvəzlənib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında həftənin oyunçusu müəyyənləşir

Növbəti yazı

“Mançester Yunayted” oyunçusunu klubda saxlamaq istəyir